دانلود آهنگ الوین نصیر آنا

الوین نصیر آنا

دانلود آهنگ جدید الوین نصیر به نام آنا

Elvin Nasir – Ana

الوین نصیر گجلر

Canım anam, damarda qanım anam
جانیم آنا داماردا قانیم آنام
Cənnət ayağlarındadır, gülüstanım anam
جنت ایاغلاریندادیر گلستانیم آنام
Sənsiz dözməz ürək, Allah ayırmasın
سنسیز دوزمز اورک الله آییرماسین
Kədərin zülməti ilə keçər sənsiz anım anam
کدرین ظلمتی ایله کچر سنسیز آنیم آنام
Şöhrətim şanım anam,mənim ad sanım anam
شهرتیم شانیم آنام منیم آد سانیم آنام
Nə qədər tikanlar bitib belə gülşənlərində
نه قدر تیکانلار بیتیب بله گلشنلرینده
Sən ki bir ömrü fəda eyləmisən övladına
سن کی بیر عمرو فدا ایلمیسن اویلادینا
Nə qədər əzab gizlənib saçının dənlərində
نه قدر عذاب گیزلنیب ساچینین دنلرینده
Ən gözəl xanım anam,cənnət hurisisən
ان گوزل خانیم آنام جنت حوریسی سن
Sənin etdiyin dualarla ərşə çatdı başım
سنین اتدیین دعالارلا عرشه چاتدی باشیم
Əlini səmaya aç, sən mənə dualar et
الینی سمایا آچ سن منه دعالار ات
Mən həmin dualarla yol dolaşım, dağlar aşım
من همین دعالارلا یول دولاشیم داغلار آشیم
Ey sultanım anam, sənə qurbandı canım
ای سلطانیم آنام سنه قرباندی جانیم
Atdığın addımların altına torpağ olaram
آتدیغین آدیملارین آلتینا تورپاغ اولارام
Nə qədər qocalsam da ölümünə hazır deyiləm
نه قدر قوجالسام دا اولومونو حاضیر دییلم
Bir gün ölsən əgər, mən necə sağ olaram
بیر گون اولسن اگر من نجه ساغ اولارام
Sabahım danım anam,ey mənim dan ulduzum
صاباحیم دانیم آنام ای منیم دان اولدوزوم
Səninlə olur sabah,səninlə günəş doğur
سنینله اولور صاباح سنینله گونش دوغور
Bircə an xəyalımdan ötsə sənin son nəfəsin
بیرجه ان خیالیمدان اوسته سنین سون نفسین
Həmin zaman boğazda qəhər düyünlənir,boğur
همین زامان بوغازدا قهر دویونلنیر بوغور
Dərdə dərmanım anam, nə olar tez getmə
درده درمانیم آنام نه اولار تز گتمه
Mən səni qollarımda gəzdirərəm,of demərəm
من سنی قولاریمدا گزدیررم اوف دمرم
O yeməklərdə sənin əllərinin ətri yoxsa
او یمکلرده سنین الرینین عطری یوخسا
Nə yaxın dayanmaram, nə də heç vaxt yemərəm
نه یاخین دایانمارام نه ده هچ واخت یمرم
Ey asimanım anam,nə gözəl görünürsən
ای آسمانیم آنام نه گوزل گورونورسن
Gül üzün gülüstana güllərdən çox yaraşır
گول اوزون گلستانا گولردن چوخ یاراشیر
Üzünün nuru bəsdi bu dünyanı aydın edə
اوزونون نورو بسدی بو دنیانی آیدین اده
Susuram üzüm gülür, baxıram göz qamaşır
سوسورام اوزوم گولور باخیرام گوز قاماشیر
Ey mənim canım anam,damarda qanım anam
ای منیم جانیم آنام داماردا قانیم آنام
Cənnət ayağlarındadır, gülüstanım anam
جنت ایاغلاریندادیر گلستانیم آنام
Sənsiz dözməz ürək, Allah ayırmasın
سنسیز دوزمز اورک الله آییرماسین
Kədərin zülməti ilə keçər sənsiz anım anam
کدرین ظلمتی ایله کچر سنسیز آنیم آنام

برچسب ها

سایر آهنگهای الوین نصیر

کد آهنگ برای وبلاگ

دیدگاه ها