Adamda işdahda küsüb
آدامدا ایشداهدا کوسوب

Vallahi billahda küsüb
والاهی بیلاهدا کوسوب

Gah dalaşıb gahda küsüb
گاه دالاشیب گاهدا کوسوب

Barışmağın xeyri nədi
باریشماغین خیری ندی

Ver əllərini sıxım gedim
ور الرینی سیخیم گدیم

Gözlərinə baxım gedim
گوزلرینه باخیم گدیرم

Nəyim varsa yığım gedim
نییم وارسا ییغیم گدیم

Dayanmağın xeyri nədi
دایانماغین خیری ندی

Ağı götürmüsən qaradan
آغی گوتورموسن قارادان

Sənə qənim olsun yaradan
سنه قنیم اولسون یارادان

İtirib axtarıb soradan
ایتیریب آختاریب سورادان

Soruşmağın xeyri nədi
سوروشماغین خیری ندی

Birgə keçirdik illəri
بیرگه کچیردیک ایلری

Çox ayları fəsilləri
چوخ آیلاری فصیلری

Qaytar həmin şəkilləri
گایتار همین شکیلری

Saxlamağın xeyri nədi
ساخلاماغین خیری ندی

Məni bu həyat yığdı cana
منی بو حیات ییغدی جانا

Az qala qəlbim dayana
آز قالا قلبیم دایانا

Səni unudan bir insana
سنی اونودان بیر ایناسان

İnanmağın xeyri nədi
اینانماغین خیری ندی